Xəbər lenti

Somalidə terror: 4 nəfər yaralandı
Dünya16:55 02.01.2021

Somalidə terror: 4 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı törədilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, hücum Türkiyə hərbi bazasının 15 kilometrliyində baş verib.
Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb.
Somali mətbuatının yaydığı məlumata görə, hadisə Əl-Qaidə ilə əlaqəli terror təşkilatı Əl-Şəbab tərəfindən törədilib.