Dünyanın meşə sahəsi azalmağa davam edir.
Qaynarinfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Tsərrüfatı Təşkilatının hesabatına görə, 1990-cı ildən bəri yer kürəsinin 178 milyon hektar meşə sahəsi məhv olub.
Afrikada 2010-2020-ci illərdə ən böyük illik meşəsizləşmə nisbəti müşahidə olunub. 2010-cu ildən 2020-ci ilə qədər qitənin meşə sahəsi hər il 3,9 milyon hektar azalıb.
Eyni zamanda, 1990-2020 illəri ərzində bəzi ölkələrdə meşə itkisi əhəmiyyətli dərəcədə azalıb. 2010-2020-ci illərdə meşə sahələrində ən böyük artım Asiyada müşahidə edilib.
Meşələr 4,06 milyard hektar olan torpaq sahəsinin üçdə birini əhatə edir. Bütün meşələrin yarısından çoxu (54%) beş ölkədə - Rusiya, Braziliya, Kanada, ABŞ və Çində yerləşir.
Camal