Xəbər lenti

Son 5 ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub?
Sağlamlıq 21:38 06.10.2025

Son 5 ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub?

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın kəskin infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.

2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:



Həmçinin, 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın təkrar infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub

Vurğulanıb ki, onlardan 480-i kişi, 313-ü isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29 yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.

2020-2023-cü illərin miokardın kəskin təkrar diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->