Xəbər lenti

Son aylarda koronavirusdan ölüm və yoluxma sayı azalıb - TƏBİB
Ölkə13:20 28.12.2021

Son aylarda koronavirusdan ölüm və yoluxma sayı azalıb - TƏBİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda yoluxma sayında ciddi azalma müşahidə olunur. Bu ilin son ayının dörd həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında isə 39 % azalma müşahidə olunub".
Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"Ölkədə yenə də ən çox pozitiv nəticələr Bakı və Abşeronda qeydə alınıb. Bakıda da daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Vəziyyəti stabil olaraq qiymətləndiririk, nəzarət altındadır", - o bildirib.