Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 140 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 297, bu günə qədər isə ümumilikdə 6 769 897 test icra olunub.
Bu gün koronavirus əleyhinə 5 804 vaksin vurulub.
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 476, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 465, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 403 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.