Xəbər lenti

Son sutkanın koronavirus statistikası
Sağlamlıq15:04 06.08.2022

Son sutkanın koronavirus statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirusa 452 yeni yoluxma qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 098 nəfərdir.
Son sutka ərzində 3 750, hazırkı dövrədək ümumilikdə 7 066 158 test aparılıb.
Bu gün koronavirus əleyhinə 1 839 vaksin vurulub.
 Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.
Qeyd edilir ki, vurulan peyvəndlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra "buster" doza üzrə peyvənd olunanların sayı 255 722 nəfərdir.