Sağlamlıq 16:34 27.12.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, iki nəfər isə xəstəlikdən vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, hazırda 557 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2438, bu günə qədər isə ümumilikdə 7 423 605 test icra olunub.
 
Bu gün 365 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 158, ikinci doza vaksinlərin sayı 79 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 110-dur. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 18 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 930 256 olub.