Xəbər lenti

Son sözü kimin deyəcəyi bilindi
Siyasət11:30 30.04.2014

Son sözü kimin deyəcəyi bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Yalçın İmanov aprelin 30-u Bakı İstintaq Təcridxanasında “Nida” Gənclər Hərəkatının həbs olunan üzvü Üzeyir Məmmədli ilə görüşüb.

Vəkil “Media forum”a deyib ki, “Nida”çı gəncin aclıq aksiyası davam edir:  “14-cü gündür aclıq edir. Üzeyir şiddətli mədə ağrısından əziyyət çəkir Bu ağrılar aclığa başladığı gündən yaransa da, hələ də dözür. Səhhətində problem ciddidir, amma ruh yüksəkliyi içindədir. Üzeyir dedi ki, dünən təcridxananın baş həkimi onun yanına gəlib, söhbət ediblər. Həkim deyib ki, aksiya səhhətinə ciddi ziyandır”.

Vəkil Üzeyir Məmmədlinin dediyinə əsaslanaraq sabah məhkəmədə səkkiz gəncin adından  Rəşadət Axundovun çıxış edəcəyini bildirib. 

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. “Nida”çılar həmin gündən buna etiraz olaraq aclıq aksiyası keçirir.  

Mayın 1-də “Nida” üzvlərinin məhkəmədə son söz deyəcəyi gözlənir.

Qaynar.info