Xəbər lenti

Son ümid: Yunanıstan dövlət binalarını satışa çıxardı
Dünya15:24 12.03.2013

Son ümid: Yunanıstan dövlət binalarını satışa çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqtisadi böhran vəziyyətində olan Yunanıstanın Afina Polis İdarəsini və bir çox binalarını satışa çıxarıb. 

Qaynar.info-nun məlumatına görə, Dövlət Daşınmaz Əmlakı Qiymətləndirmə Komissiyası satışa çıxarılan dövlətə aid 28 binanın siyahısını hazırlayıb. 

Satışa çıxarılacaq və kirayəyə veriləcək dövlət binaları arasında Afina Polis İdarəsi, Daxili İşlər Nazirliyinin mərkəzi binası, Səhiyyə, Ədliyyə, Təhsil, Mətbuat Nazirliklərinə aid binalar var. 

Açıqlamada maraqlananların aprelin 19-na qədər müraciət edə biləcəkləri bildirilib. 

Qaynar.info