XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
Dünya13:22 24.08.2026

Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu

Fransanın sol mərkəzçi “İctimai tribuna” (“Place publique”) partiyasının lideri və Avropa Parlamentinin deputatı Rafael Qlyuksman 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə TF1 telekanalının efirində bildirib.

“Telegraph” qəzetinin məlumatına görə, Rafael Qlyuksman SSRİ üçün çalışmış kəşfiyyatçı Rubin Qlyuksmanın nəvəsidir.

“Bəli, mən prezident seçkilərində namizədəm”, deyə Qlyuksman Yelisey sarayına gedən seçki yarışında iştirakını təsdiqləyərək deyib.

Siyasətçi həmçinin partiyasının və Fransa Sosialist Partiyasının payızda keçirməyi planlaşdırdığı ilkin seçkilərdə iştirak etmək niyyətindədir. Fransada prezidentliyə namizədin rəsmi qeydiyyatdan keçməsi üçün 500 seçilmiş nümayəndənin dəstəyini qazanması tələb olunur.

Fransada prezident seçkilərinin 18 aprel 2027-ci ildə keçirilməsi planlaşdırılır. Zərurət yaranacağı təqdirdə ikinci tur mayın 2-də keçiriləcək.

Hazırkı prezident Emmanuel Makron seçkilərdə iştirak etməyəcək. O, iki ardıcıl müddət ərzində ölkəyə rəhbərlik etdiyi üçün yenidən prezident seçilmək hüququna malik deyil.

Aydın