Türkiyənin zəlzələ bölgəsində yaşayan Azərbaycan Respublikasının vətəndaşları təxliyyə olunduqdan sonra hadisə ilə bağlı xatirələrini danışıblar.
Azərbaycana təxliyyə olunan tələbə bildirib ki, zəlzələ bölgəsindən ilk olaraq onlar çıxarılıblar:
"Heç bir ölkənin səfirliyi biz çıxarıldıqda ərazidə yox idi. Burdan dövlət başçımıza və səfirliyimizin əməkdaşlarına təşəkkür edirəm. Zəlzələ gecə saatlarında baş verdiyi üçün, hər kəs yatmış olub. Dəhşətli anlar idi”.