Xəbər lenti

Soyqırım iştirakçısı həbs olundu
Dünya09:51 07.04.2018

Soyqırım iştirakçısı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ruanda soyqırımının iştirakçılarından olan Filip Manier Kamerunda həbs edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1994-cü ildə törədilmiş soyqırımın iştirakçılarından olan Manier barədə 3 il əvvəl həbs qərarı verilmişdi. Hadisə baş verən dövrdə o, Nyanzada polis rəisinin köməkçisi olub. Soyqırımdan sonra Fransaya qaçan Filip Manier haqqında həbs qərarı çıxarılandan sonra ölkəni tərk etmişdi.
Qeyd edək ki, Ruanda və ya Tutsi soyqırımı adını alan hadisədə 1994-cü ilin aprel-iyul aylarında Tutsi etnik qrupunun üzvü olan 1 milyona yaxın insan qətlə yetirilib.
Gülşən