Braziliyanın San Paula şəhərindəki Virakopos havalimanından İsveçrənin Zürix şəhərinə yola düşəcək yük təyyarəsindən 5 milyon dollar oğurlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 5 silahlı soyğunçu yük maşını ilə havalimanına girərək təhlükəsizlik qüvvələrini zərərsizləşdirib və 5 milyon dollar oğurlayıb.
Soyğun zamanı ölən və yaralanan olmayıb. Məsələ ilə bağlı istintaq prosesinə start verilib.
Gülşən