Xəbər lenti

Soyuq hava 16 nəfərin ölümünə səbəb oldu
Dünya06:46 04.01.2018

Soyuq hava 16 nəfərin ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da davam edən soyuq hava şəraiti bu günə qədər 16 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkənin şərq və şimal-şərq bölgələrində müşahidə olunan soyuq hava şəraitinin növbəti bir həftə ərzində də davam edəcəyi proqnozlaşdırılır. Soyuqlar Maine ştatından Floridaya qədər geniş ərazini əhatə edir. Belə ki, Floridanın bəzi yerlərində 1989-cu ildən bəri ilk dəfə qar yağıb. ABŞ və Kanada arasında yerləşən Niaqara şəlaləsinin donmasına səbəb olan soyuqlara görə fövqəladə vəziyyət elan edilib.
Gülşən