Xəbər lenti

Soyuq hava ABŞ-ı iflic etdi: Atlantik okeanı buz bağladı (FOTOLAR)
Dünya12:55 09.01.2018

Soyuq hava ABŞ-ı iflic etdi: Atlantik okeanı buz bağladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da soyuq və qarlı hava şəraiti bütün ölkəni iflic edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir müddətdir davam edən soyuq hava şəraiti nəticəsində Massaçusets ştatında Atlantik okeanı sahili buz bağlayıb. Son 80 ildə 3-cü dəfədir ki, belə hadisə baş verir. Temperatur -20 dərəcəyə qədər enib. 
Bostonda yerləşən Çarlz çayı böyük buz və qar təbəqəsi ilə örtülüb. 
Xüsusilə ölkənin şimal-şərqini cənginə alan soyuq hava nəticəsində bu günə qədər 22 nəfər dünyasını dəyişib. Bu həftə ərzində də şaxta və qarlı havanın müşahidə ediləcəyi proqnozlaşdırılır. 
Minnepolisdə temperatur -25 dərəcə ətrafında dəyişir. Texasda insanların bir qismi fırtınaya görə işıqsız qalıb. Vircinia və Şimali Karolinada isə 40 min nəfəri elektriklə təmin etmək mümkün deyil.
Gülşən