Yeni qanuna görə, elmi qurumlar "narahatlıq doğuran ölkələrdən” pul qəbul edə və ya təşkilatlarla əməkdaşlıq edə bilməz, həmçinin bu ölkələrin vətəndaşları ilə tədqiqat üçün müqavilələr.
Qaynarinfo xəbər verir ki, Florida ştatında Çin, Rusiya, Kuba, İran, Şimali Koreya, Suriya və Venesueladan olan aspirantların və postdoktorların akademik laboratoriyalara girişini məhdudlaşdıran yeni qanun qüvvəyə minib.
Eyni zamanda, qanun elmi təşkilatlarda işləmək üçün bu ölkələrdən tələbələrin cəlb edilməsinin mümkünlüyünü nəzərdə tutur – bu, ancaq "dövlət məmurları tərəfindən hərtərəfli yoxlanılandan sonra” mümkün ola bilər".
Bu, artıq elmi dairələrdə səs-küyə səbəb olub. Laboratoriyalardan, universitetlərdən və tədqiqat mərkəzlərindən olan 280 işçi Florida qubernatoruna məktub yazıb, qarışıqlığı aradan qaldırmağı xahiş edib.
Həmçinin onların bəziləri qanunda milli mənsubiyyətə görə ayrı-seçkiliyin təzahürünü görüblər. Digərləri isə hesab edir ki, yenilik institutların rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaq, çünki onlar ən yaxşı elmi kadrları işə dəvət etmək hüququndan məhrum olacaqlar.
Hələ yazda qəbul edilmiş qətnamə yalnız indi hiddətə səbəb olub. Bu ona görə baş verib ki, Amerika universitetləri adətən dekabr-yanvar aylarında çinli tələbələrə dəvət göndərirlər.
"Bu pəncərəni qaçırdıq. Ən yaxşı tələbələr isə gözləyə bilməzlər. Onun yerinə başqa yerə gedəcəklər", deyə Florida Universitetinin şəhərsalma üzrə professoru, Planlaşdırma və Dizayn Adaptasiya Mərkəzinə rəhbərlik edən Zhong-Ren Peng bildirib.
Öz növbəsində, qanun layihəsini yekdilliklə qəbul edən dövlət orqanları bunun əqli mülkiyyətin oğurlanmasına qarşı mübarizə aparmağın və ABŞ-ın milli təhlükəsizliyinin qorunmasının zəruri olduğunu bildiriblər. Florida qubernatoru Ron DeSantisin sözlərinə görə, artıq ştatda yerli alimlərin Çin tərəfindən maliyyələşdirilərkən tutulması halları olub.
Alpər