Xəbər lenti

Soyuq müharibədən bəri NATO-nun ən böyük təlimi: Rusiya ilə müharibəyə hazırlıq... - FT
Dünya10:14 16.02.2024

Soyuq müharibədən bəri NATO-nun ən böyük təlimi: Rusiya ilə müharibəyə hazırlıq... - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun Soyuq müharibədən sonra Alyansın ən böyük hərbi təliminə çevrilən "Steadfast Defender” təlimi Rusiya ilə münaqişəyə hazırlığa həsr olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauerə istinadən məlumat yayıb.
Qəzetin fikrincə, təlimlər zamanı əldə olunacaq təcrübə NATO silahlı qüvvələrinin Avropada yerləşdirilməsi, onların dəstəklənməsi və münaqişə vəziyyətində gücləndirilməsi planlarının əsasına çevrilməlidir.
Stadfast Defender təlimi yanvarın 24-də başlayıb və 2024-cü ilin yazının sonuna qədər davam edəcək.
NATO aydınlaşdırır ki, planlaşdırılan təlimlər Alyansın "Avropanın müdafiəsini gücləndirmək üçün” Şimali Amerikadan və digər hissələrdən qüvvələrini tez bir zamanda yerləşdirmək qabiliyyətini nümayiş etdirəcək.
NATO əmindir ki, Rusiya mütləq Alyans ölkəsinə hücum edəcək. Diplomatların fikrincə, Rusiya Federasiyasının Ukraynada dayanacağını "düşünmək üçün heç bir lüks yoxdur", - "Financial Times” yazır.
NATO-nun yüksək rütbəli diplomatlarından biri Rusiyanın Alyans üzvünə mümkün hücumu ilə bağlı xəbərdarlığını şərh edərək deyib ki, "bu, real təhlükədir və biz buna hazır olmalıyıq”.
Nizami Bağırov