ABŞ dövlət katibi Entoni Blinken Soyuq müharibənin sona çatdığını bildirən "istiləşmə dövrü"nün bitdiyini deyib.
"Daha iddialı Çin amerikalıların və bütün dünya xalqlarının təhlükəsizliyinə və rifahına, uzun müddətli qaydalara əsaslanan dünya nizamına meydan oxuyur. Soyuq müharibədən sonrakı dövr başa çatdı. Rusiya qonşu ölkəni işğal etdi. Vətənində demək olar ki, totalitar repressiyaya qayıdıb. Hətta nüvə silahından istifadə etməklə hədələyir”, deyə Blinken bildirib.
Dövlət katibi əlavə edib ki, yeni dövr başlayıb. Lakin Blinken, "yeni dövrü" xarakterizə etməyib.
Blinken Ukraynanın indi daha da birləşdiyini bildirib: "Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada qalacaq".
Aydın