Xəbər lenti

"Soyuz MS-09" kosmik vasitəsi Yerə qayıtdı (FOTOLAR)
Dünya10:36 20.12.2018

"Soyuz MS-09" kosmik vasitəsi Yerə qayıtdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Soyuz MS-09" kosmik vasitəsi uğurla Yerə eniş edib.
Qaynarinfo xəbər verir ki, 6 iyunda yola düşən 3 nəfərlik komanda Beynəlxalq Kosmik Stansiyanın orbitində 6 ay keçirəndən sonra səfərlərini uğurla tamamlaya biliblər. Kosmik vasitənin sərnişinləri Rusiya Kosmik Agentliyinin üzvü Sergey Prokopyev, Avropa Kosmik Agentliyindən Aleksander Gerst və NASA-dan Serena Anon Çanselor idi. Komanda üzvləri kosmosda olan zaman müxtəlif tədqiqatlar həyata keçirib. Onların sağlamlığının qaydasında olduğu bildirilir. 
Qeyd edək ki, "Soyuz MS-09"da 29 avqustda sızma qeydə alınmış, kosmik vasitədə 2 mm oyuq aşkarlanmışdı. 
Gülşən