Dünya 21:12 21.02.2024

"SpaceX" ABŞ ordusu və kəşfiyyat orqanlarıyla əlaqələri dərinləşdirir

"SpaceX" ABŞ ordusu və kəşfiyyat orqanları ilə sıx əlaqələr qurub və gizli "Starshield" layihəsi də daxil olmaqla hökumətlə müqavilələri genişləndirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır

Nəşrin yazdığına görə, "Starshield" ABŞ-da kommersiya və hökumət kosmik sənayeləri arasında əlaqələrin dərinləşməsinin yalnız bir nümunəsidir. "Starshield" hökumət müştərilərini hədəf alır və varlığını açıq şəkildə reklam etməkdən yayınır. Keçən avqustda o, rabitə xidmətləri göstərmək üçün Pentaqonla 70 milyon dollarlıq müqavilə əldə edə bilib.

Başqa bir misal, İlon Maskın "SpaceX" şirkətinin 2021-ci ildə adı açıqlanmayan bir Amerika agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq gizli müqavilədir. Nəşrin yazdığına görə, bu müqavilə çərçivəsində qazanılan pul yaxın illərdə "SpaceX"in gəlirlərinin mühüm hissəsinə çevriləcək.

Həmçinin nəşr mənbələrə istinadən sıx əməkdaşlığı sübut edən daha bir misal gətirir. Digər məxfi müqavilə federal hökumət müştəriləri üçün peyk məlumatlarını toplayan və təhlil edən Milli Kəşfiyyat İdarəsi (NRO) ilə bağlıdır. Bununla belə, "SpaceX"in NRO üçün hansı texnologiyadan istifadə etdiyi bəlli deyil. 

Alpər