Xəbər lenti

SpaceX kosmosa 3 turist göndərdi: Bilet 55 milyon dollara!
Dünya06:55 09.04.2022

SpaceX kosmosa 3 turist göndərdi: Bilet 55 milyon dollara!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın SpaceX şirkəti göyərtəsində üç turist (ABŞ, Kanada və İsrail vətəndaşları) və bir astronavt olan Crew Dragon gəmisi ilə birlikdə Falcon 9 raketini uğurla buraxıb. "Aksioma-1" özəl missiyası Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistik kosmik uçuşdur.

Bu barədə Qaynarinfo SpaceX-in saytına istinadən xəbər verir.

"Falcon 9" cümə günü Floridadakı Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb.

Ekipaj üzvləri astronavt Maykl Lopez-Aleqria (ABŞ) və turistlər Larri Konnor (amerikalı sahibkar), Mark Partiya (kanadalı investor) və Eytan Stibbe (israilli iş adamı).

BKS stansiyasında 8 gün qalmaqla belə bir turist uçuşunun qiyməti hər sərnişin üçün 55 milyon dollar təşkil edir.
Aydın
Qaynarinfo