Almaniya hakimiyyəti bu ilin ortalarına qədər Rusiya neftinin idxalını iki dəfə azaltmağı hədəfləyir.
Qaynarinfo xəbər verir ki, bu haqda Der Spiegel vitse-kansler, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habekin məktubuna istinadən yazıb.
"İlin ortasına qədər Rusiyanın Almaniyaya neft idxalı iki dəfə azalacaq. İlin sonuna qədər biz praktiki olaraq müstəqil olmağa çalışırıq", - TASS sənəddən sitat gətirib.
Eyni zamanda, Berlin bu ilin sonuna kimi Rusiyadan təbii qaz idxalının payını 30%-ə endirmək istəyir - martın sonunda Almaniyanın Rusiya təbii qazından asılılığı əvvəlki 55% əvəzinə cəmi 40% təşkil edib.
Xatırladaq ki, martın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya təbii qazı üçün qeyri-dost adlandırılan ölkələrdən ödənişlərin yalnız rublla qəbul edilməsi barədə göstəriş vermişdi. Eyni zamanda o vurğulayıb ki, Rusiya müqavilələrdə nəzərdə tutulan həcmlərə və qiymətlərə uyğun olaraq qaz tədarükünü davam etdirəcək.
Alpər