Xəbər lenti

Şri-Lanka iqtisadiyyatı 1,5 milyard dollar itirəcək
Ekonomiks13:26 26.04.2019

Şri-Lanka iqtisadiyyatı 1,5 milyard dollar itirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şri-Lankada 21 apreldə törədilən terror aktı ölkə turizminə 1,5 milyard dollar zərər vuracaq.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Naziri Manqala Samaravera açıqlama verib. Onun sözlərinə görə, Şri-Lankaya turist axınının 30% azalması gözlənilir. Bu rəqəm iqtisadiyyatda 1,5 milyard dollar itkiyə səbəb olacaq. 2018-ci ildə Şri-Lankaya 2,33 milyon turist səfər edib.
Qeyd edək ki, kilsə və hotellərdə törədilən 8 partlayış 253 nəfərin ölümü, 500-dən çox insanın yaralanması ilə nəticələnib.
Gülşən