Şri-Lankada 21 apreldə törədilən terror aktlarının əsas təşkilatçısı hesab edilən Zəhran Haşımın ailəsi öldürülüb.
Qaynarinfo xəbər verir ki, ötən cümə Sainthamaruthu şəhərində yerləşən evə basqın təşkil edilmiş və 15 nəfər qətlə yetirilmişdi. Öldürülənlərdən azı 3 nəfərin Haşıminin ailə üzvləri olduğu güman edilir. Hücumda terrorçunun atası Məhəmməd Haşım, qardaşları Zainee Haşım və Rilvan Haşımın öldüyü bildirilib. Qətlə yetirilənlər arasında Zəhran Haşımın anasının da ola biləcəyi ehtimalı var.
Qeyd edək ki, kilsə və hotellərdə törədilən partlayışlarda 250-dən çox insan qətlə yetirilib.
Gülşən