Xəbər lenti

Şri-Lankada daşqından ölənlərin sayı 36 nəfərə çatıb: 200 ailə itkin düşüb
Dünya17:01 18.05.2016

Şri-Lankada daşqından ölənlərin sayı 36 nəfərə çatıb: 200 ailə itkin düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şri-Lankada torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yüzlərlə adam isə itkin düşüb.

Qaynarinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “France Press” agentliyində yer alıb. 

Bu gün səhər Keralle rayonunun bir neçə kəndində baş verən torpaq sürüşməsi nəticəsində çoxlu ev torpaq altında qalıb. 

Son məlumatlara görə, xilasedicilər topaq altından 17 meyit çıxarıb. Hazırda azı 180 nəfəri xilas etmək mümkün olub, 200-ə yaxın ailənin axtarışı davam edir.

Ölkənin başqa bölgələrində isə daşqınlardan 19 nəfər həyatını itirib. Hakimiyyət ölkənin daha 9 rayonunda torpaq sürüşməsi ola biləcəyi haqda xəbərdarlıq edib.

Təbii fəlakət ölkə əhalisinin 350 min həfərinin həyatına təsir edib. 200 min insan öz evlərini tərk etməyə məcbur olub.

Qaynarinfo.az