Xəbər lenti

ÜST-dən çağırış: Təkrar peyvəndləməyə moratorium qoyulsun
Sağlamlıq14:29 12.08.2021

ÜST-dən çağırış: Təkrar peyvəndləməyə moratorium qoyulsun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus mutasiyaya uğramağa və bütün dünyaya yayılmağa davam edir. 
Qaynarinfo xəbər verir ki, 4 avqust 2021-ci il tarixindən etibarən, təxminən 200 milyon SARS-CoV-2 daşıyıcısı artıq müəyyən edilmiş, bir gündə artaraq təxminən 600 min hadisəyə çatıb.
ABŞ-da COVID-19-dan yoluxma və ölüm sayına görə daha bir rekord qırılıb. Məhz ABŞ Dünya Səhiyyə Təşkilatının (ÜST) yoxsul ölkələr naminə sentyabrın sonuna qədər COVID-19-dan yenidən peyvənd edilməsini dayandırmaq tövsiyəsinə qarşı çıxıb.
ÜST-nin hesablamalarına görə, 2021-ci ilin may ayında yüksək gəlirli ölkələrdə hər 100 nəfərə təxminən 50 dozada peyvənd tətbiq edilib və bu rəqəm o vaxtdan bəri iki dəfə artıb. Halbuki aztəminatlı ölkələrdə əlavə tədarükün olmaması səbəbindən hər 100 nəfərə 1,5 doz buraxılırdı.
Bununla belə, Ağ Evin sözçüsü Jen Psaki hələ də moratoriumu yanlış seçim hesab edir. Onun sözlərinə görə, Vaşinqton dünyanın digər ölkələrindən daha çox peyvənd paylaşır, buna görə də ABŞ-dan nümunə götürmək lazımdır. Vaksin isə hamıya bəs edəcək.
Alpər