Xəbər lenti

ÜST-dən Kiyevə sızmalarının qarşısını almaq üçün tövsiyə: “Patogenləri məhv edin...”
Dünya14:20 11.03.2022

ÜST-dən Kiyevə sızmalarının qarşısını almaq üçün tövsiyə: “Patogenləri məhv edin...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna hakimiyyətinə ölkə laboratoriyalarında "xüsusilə təhlükəli patogenlər”in sızmaması və əhali arasında xəstəliyin yayılmasının qarşısını almaq üçün onları məhv etməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Reuters təşkilatın bəyanatına istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bir çox başqa ölkələrdə olduğu kimi Ukraynada da həm heyvanlara, həm də insanlara təsir edən qorxunc xəstəliklərin təhlükəsini araşdıran laboratoriyalar fəaliyyət göstərir.
ÜST agentliyə təşkilatın Ukrayna laboratoriyaları ilə əməkdaşlıq etdiyini və "Ukrayna Səhiyyə Nazirliyinə və digər məsul orqanlara mümkün sızmaların qarşısını almaq üçün xüsusilə təhlükəli patogenləri məhv etməyi şiddətlə tövsiyə edib" deyə bildirib. Eyni zamanda, ÜST tövsiyənin dəqiq nə vaxt verildiyini və Ukrayna hakimiyyətinin onu həyata keçirib-yetirmədiyini dəqiqləşdirməyib.
Təşkilat həmçinin Ukraynanın laboratoriyalarında saxlanılan patogenlər və ya toksinlərin növləri haqqında məlumat verməyib. Ukrayna hakimiyyətinin və Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndələri Reuters-in sorğusuna cavab verməyiblər.
Alpər