Xəbər lenti

ÜST rəhbəri: Koronavirusun mənşəyinin heç bir versiyası istisna edilmir
Dünya15:18 29.03.2021

ÜST rəhbəri: Koronavirusun mənşəyinin heç bir versiyası istisna edilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus ÜST-ün COVID-19-un mənşəyi ilə bağlı mövcud hipotezləri nəzərdən keçirməyə davam etdiyini söyləyib.
Qaynarinfo xəbər verir ki, Gebreyesus ayrıca Cenevrədə təşkilatların mütəxəssislərinin yanvar-fevral aylarında Çindəki işlərinin nəticələrinə dair hazırladıqları hesabatla əlaqədar ölkələrin daimi nümayəndəlikləri üçün brifinq keçiriləcəyini elan edib. Bu brifinqin 30 mart tarixində keçirilməsi planlaşdırılır.
Bundan əvvəl, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Lisyan Amerika Birləşmiş Ştatlarının səlahiyyətlilərinin Dünya Səhiyyə Təşkilatına tənqidi bəyanatlarla təzyiq göstərməyə çalışdıqlarını dilə gətirib.
 
Alpər