Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən stadionda ötən gün güclü partlayış baş verib, nəticədə bir nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən şəxs jurnalistdir, yaralananlar isə ölkənin İdman Nazirliyinin işçiləridir. Yaralılar xəstəxanaya aparılıb.
Yanğınsöndürənlərin versiyasına görə, partlayışa səbəb idman kompleksinin mətbəxində qaz sızması olub.
Qaynar.info