Əfqanıstanın Cəlalabad şəhərində yerləşən stadionda terror aktı törədilib.
Qaynarinfo TRT World-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 57 nəfər yaralanıb. Partlayış kriket oyunu zamanı baş verib. Ölənlər arasında Mehtarlam şəhərinin mer müavini də olub.
Teraktı Taliban terror təşkilatı öz üzərinə götürüb.
Gülşən