Sabino Markez, Manus şəhərinin məhkəmə sədri yerli stadionun həbsxanaya çevrilməsi haqqında maraqlı təklif irəli sürüb. Hansı ki, adı çəkilən stadionda DÇ 2014-ün 4 oyunu keçiriləcək.
Milli.Az dailysports-a istinadən xəbər verir ki, Manus şəhərinin 1 və 2-ci dviziyonlarında oynayan futbol klubu yoxdur, məhz elə bu səbəbdən DÇ 2014-dən sonra 275 milyon dəyərindəki arena boş qalacaq.
“Mən yaranmış vəziyyətdən başqa çıxış yolu görmürəm. Stadion – cinayətkarların saxlanılması üçün gözəl yerdir.
Biz belə boş məkanlardan həbsxana kimi istifadə etməliyik, o zamana kimi ki, hakimiyyət orqanları bu problemini həll etsin”, – deyə hakim bildirib. Hakimiyyət orqanları, hələ ki, bu sözlər haqqında bir şərh verməyiblər.