Xəbər lenti

Stalin Venesuelada «zühur» elədi
Dünya11:08 18.09.2017

Stalin Venesuelada «zühur» elədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Venesuela prezidenti Nikolas Maduro özünü Sovet İttifaqının lideri İosif Stalinə bənzədib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Venesuelada yayımlanan həftəlik proqramda iştirak edən 54 yaşlı Maduro "Məni Karib bölgəsinin Stalini olaraq görənlər var. Ona oxşayıram, üz cizgilərimə baxın. Bəzən aynada özümə baxıram və Stalinə oxşadığımı fikirləşirəm" deyib. 

Maduro həmçinin onu tənqid edən dünya liderləri barədə sərt fikirlər səsləndirib. İspaniya baş naziri Mariano Raxoyun Kataloniyanın müstəqillik referendumuna müdaxiləsi və 700 bələdiyyə sədri barədə həbs qərarı verməsi haqqında danışan Venesuela prezidenti "Müxalifətin referendum təşkil etməsinə icazə verən Maduro, yoxsa Kataloniyanın söz sahibi olmasını istəməyən Raxoy diktatordur?" deyib.

Qeyd edək ki, Venesuelada mart ayından bəri etiraz aksiyaları davam edir. İnsanlar ölkədəki iqtisadi böhrana və qıtlığa qarşı çıxır, başda ABŞ olmaqla bir çox ölkə isə proseslərin gedişindən Maduronu günahkar bilir və onu diktator adlandırırlar.

Gülşən

Qaynarinfo.Az