Məşhur kofe brendi "Starbucks” 15 il sonra Rusiyanı tərk edir.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə şirkətin açıqlamasında
deyilir.
Mart ayında "Starbucks” Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra mağazalarını bağlamışdı. Şikət Rusiyadakı bütün biznes fəaliyyətini, o cümlədən məhsullarının ölkəyə göndərilməsini dayandırıb.
İndi isə şirkət Rusiya bazarında brend mövcudluğunu dayandırmağı qərara alıb. Şirkətin Rusiyada mövcud olan 130 mağazası bağlanacaq.
"Starbucks” 2000 işçisinə daha altı ay maaş verməyə davam edəcəyini və onlara başqa iş axtarmaqda yardımçı olacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl "Mcdonalds” fastfud restoranları şəbəkəsi Rusiyanı tərk etdiyini açıqlamışdı.
Nurlan Hüseynov