Dünya 23:21 15.02.2023

Stavropol-Moskva təyyarəsinin sərxoş qadın sərnişini stüardı dişlədi

Şeremetyevo hava limanında Stavropol-Moskva təyyarəsinin sərxoş sərnişini təyyarədə əlbəyaxa dava salaraq stüardessanı dişlədiyi üçün saxlanılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "TASS" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Hadisə Stavropoldan Moskvaya uçan təyyarənin göyərtəsində baş verib. Sərxoş sərnişin qadın uçuş zamanı nalayiq ifadələr işlədib, stüardessaların iradlarına cavab verməyib və onlardan birini dişləyib. Şeremetyevo hava limanına çatan kimi qadın saxlanılıb”, - agentliyin həmsöhbəti bildirib.

Hazırda qanun pozucusunun məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir. Stüardın həkimlərin köməyinə ehtiyacı olub, hazırda onun həyatı və sağlamlığı təhlükədə deyil.

Alpər