XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Stilist kişilər üçün payızın ən yaxşı saç kəsimini açıqladı
DƏB16:20 03.09.2026

Stilist kişilər üçün payızın ən yaxşı saç kəsimini açıqladı

Stilist Vlad Lisovets kişilər üçün payızda ən yaxşı saç kəsiminin hansı olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə NSN-ə müsahibəsində danışıb.

Vlad Lisovets bildirib ki, payızda kişi saç düzümlərində əsas trendlərdən biri buruq saçlar olacaq:

"Bu effekti əldə etmək istəyənlərin çoxu kimyəvi burulmadan istifadə etməyə başlayıb. Buruq saç insanı daha gənc göstərir və görünüşə daha sadə, rahat hava qatır. Daha səliqəsiz görünmək istəyirsinizsə, buruq saç yaxşı seçimdir".

Vlad Lisovets əlavə edib ki, pastel tonlar da populyar olacaq. Onun sözlərinə görə, solğun mavi, pudra və müxtəlif bej çalarlarına üstünlük veriləcək:

"Lakin podiumlarda parlaq və dərin rənglər hələ də üstünlük təşkil edir. Yaşıl, sarı və tünd qırmızı rənglərə nəzər salın – payız yarpaqlarının əsl buketi tamamilə sizin ixtiyarınızdadır".

Aydın