Xəbər lenti

Stokholm Ankaranı İsveçin NATO üzvlüyünü ratifikasiya etməyə çağırdı
Dünya12:34 21.06.2023

Stokholm Ankaranı İsveçin NATO üzvlüyünü ratifikasiya etməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməyə başlamalıdır. Belə ki, Stokholm Alyansa daxil olmaq üçün Ankara ilə əldə etdiyi razılaşmaya əsasən öz öhdəliklərini artıq yerinə yetirib.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İsveçin xarici işlər naziri Tobias Bilström bildirib.
Finlandiya aprel ayında NATO-ya üzv olub, lakin Türkiyə təhlükəsizlik problemlərini əsas gətirərək İsveçin üzvlüyünə mane olmaqda davam edir. Ankara bu ay bildirib ki, İsveç NATO-ya üzv olmaq üçün "yaşıl işıq” yanmazdan əvvəl Stokholmda Türkiyə əleyhinə etirazları yatırmalıdır.
"İnanırıq ki, bizdən gözlənilən şeyi etdik, indi Türkiyə parlamentinin ratifikasiya prosesinə başlamasının vaxtıdır", - Bilström bildirib.
İsveç iyulun ortalarında Vilnüs sammitinə qədər NATO-ya üzv ola biləcəyinə ümidli olaraq qalır, o, əlavə edib ki, onun "B planı” yoxdur.
İsveç bu yaxınlarda terror qruplarının maliyyələşdirilməsini və ya dəstəklənməsini çətinləşdirən yeni qanun təqdim edib və hökumətin dediyinə görə, bu qanun Madriddə Türkiyə ilə imzalanmış müqavilə çərçivəsində ölkənin öhdəliklərini yerinə yetirir.
Bilström bildirib ki, nümayiş azadlığı "konstitusiyada təsbit olunub”. "Amma biz onu da dedik ki, qanuni olan heç də həmişə düzgün olmur”, o əlavə edib.
Türkiyə ilə yanaşı, İsveçin müraciəti Macarıstan tərəfindən də ratifikasiya olunmayıb.
NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl İsveçin NATO-ya daxil olmaq üçün bütün tələblərə cavab verdiyini təkrarlayıb və bunun iyulda Vilnüsdə keçiriləcək sammitə qədər baş verəcəyinə ümid etdiyini bildirib.
Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcəyini bildirib.
Nizami Bağırov