Xəbər lenti

"Stokholm bizim dediklərimizi indi etiraf edir, amma..." - Mövlud Çavuşoğlu
Dünya11:02 07.05.2023

"Stokholm bizim dediklərimizi indi etiraf edir, amma..." - Mövlud Çavuşoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İsveçin NATO-ya üzvlüyü prosesində irəliləyiş yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Stokholm əvvəllər dəfələrlə dediklərimizi indi etiraf edir. Bəs bizim tələbimiz nədir? Terrorçular. Yəni terrorun təbliğatı, pul yığımı olmasın. NATO-ya üzv olmaq istəyən ölkədə bu düzgündürmü?" deyə Çavuşoğlu "Habertürk” telekanalına müsahibəsində bildirib.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda Alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Əvvəlcə Türkiyə ərizə prosesinə mane olub, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik memorandumu imzalayıb. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ankaranın terrorizmlə mübarizə ilə bağlı bütün narahatlıqlarını nəzərə alınır. 
2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin Alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Aydın