İsveçin paytaxtı Stokholmda yük maşını insanların üzərinə hərəkət edib. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, yük maşını ticarət mərkəzinə girib. İlkin məlumata görə, 3 nəfər həyatını itirib. Hücum nəticəsində yaralıların olduğu da deyilir. Hadisədən sonra insanların həyəcan içərisində Stokholm küçələrində qaçdığı bildirilir. Qaynar.Az