Xəbər lenti

Stoltenberq: Biz Rusiya ilə birbaşa qarşıdurmaya girmədiyimiz üçün…
Dünya11:45 15.06.2022

Stoltenberq: Biz Rusiya ilə birbaşa qarşıdurmaya girmədiyimiz üçün…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Stoltenberq Kiyevin daha ağır silahlarla təmin edilməsi ilə razılaşdığını bildirib.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, o bu barədə Madriddəki NATO sammiti öncəsi çıxışında deyib.
Hərbi alyansın komandiri deyib ki, NATO Rusiyanın Ukraynaya təcavüzündən sonra şərq sərhədində daha da yüksək hazırlıq formalaşdırmalı və silah potensialını gücləndirməlidir.
Baş katib Yens Stoltenberq ayın sonunda Madriddə keçiriləcək NATO sammiti ərəfəsində Hollandiyanın baş naziri Mark Rutte və Danimarka, Polşa, Latviya, Rumıniya, Portuqaliya və Belçika liderləri ilə Hollandiyada qeyri-rəsmi danışıqlardan sonra çıxış edib. 
"Madriddə mövqelərimizin əsaslı şəkildə gücləndirilməsinə razılaşacağıq. Bu gecə biz daha möhkəm və fəal irəliləməyə ehtiyac, həmçinin daha yüksək hazırlıq və daha çox əvvəlcədən yerləşdirilmiş avadanlıq və təchizat ehtiyacını müzakirə etdik”,- baş katib deyib. 
Ukrayna prezidenti Volodimir Zelenskinin daha çox uzaqmənzilli silahlarla bağlı çağırışına cavab olaraq, Stoltenberq Kiyevin daha ağır silahlarla təmin edilməsi ilə razılaşdığını deyib, ancaq ətraflı məlumat verməyib. 
"Ukraynanın daha çox ağır silahlara sahib olması lazımdır, NATO müttəfiqləri və tərəfdaşları isə ağır silahlarla təmin ediblər... və onlar sürətlənir”, - Stoltenberq deyib.
"Silahlara gəldikdə, biz burada həmrəyik ki, Rusiyanın müharibədə uduzması son dərəcə vacibdir. Və biz NATO qoşunları ilə Rusiya arasında birbaşa qarşıdurmaya girmədiyimiz üçün, edəcəyimiz şey Ukraynanın bu müharibədə axıra qədər döyüşməsi və bunun üçün lazımi silahları əldə etməsini təmin etməkdir”,- Hollandiya lideri Rutte Haaqada jurnalistlərə deyib.
Nurlan Hüseynov