Dünya 13:12 29.06.2022

Stoltenberq: İsveç və Finlandiya tezliklə NATO-ya üzv olacaq

İsveç və Finlandiyanın hərbi alyansa üzvlüyü tezliklə ratifikasiya olunacaq.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Biz İsveç və Finlandiyanı üzv kimi dəvət etmək üçün sammitdə qərar verəcəyik, bu, görünməmiş dərəcədə sürətlidir proses oldu",- Madriddə keçirilən NATO sammitinin ikinci günündə o jurnalistlərə deyib. Hər iki ölkə alyansa üzv olmaq üçün may ayının ortalarında müraciət edib.

NATO baş katibi iki ölkənin üzvlüyünün digər üzv ölkələrin parlamentində ratifikasiya olunmasının vaxt alacağını bildirib. Ancaq bu prosesin də ləngiməyəcəyini deyib.

"Dəvətdən sonra 30 parlamentdə ratifikasiya prosesinə ehtiyacımız var. Bu, həmişə bir az vaxt tələb edir, lakin mən bunun daha tez getməsini gözləyirəm, çünki müttəfiqlər ratifikasiya prosesini mümkün qədər tez həyata keçirməyə cəhd etməyə hazırdırlar", - deyə o əlavə edib.

Nurlan Hüseynov