Xəbər lenti

Stoltenberq: NATO-nun Ukraynaya dəstəyi sarsılmazdır
Dünya 21:04 27.09.2022

Stoltenberq: NATO-nun Ukraynaya dəstəyi sarsılmazdır

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Apa xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Prezident Zelenski ilə danışdım və NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyimizin sarsılmaz olduğunu dedim. Rusiya tərəfindən keçirilən saxta referendumun legitimliyi yoxdur və bu, açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır. Bu torpaqlar Ukraynadır”, - NATO Baş katibi deyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->