Dünya 22:45 09.02.2022

Stoltenberq NATO sammitində Ukrayna və Gürcüstanın iştirakına icazə verdi

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Madriddə keçiriləcək NATO sammitinə Ukrayna və Gürcüstan dəvət edilməlidir. Sözügedən sammit bu il iyunun 29-30-da baş tutacaq.

Qaynarinfo xəbər verir ki, bunu "La Vanguardia” qəzetinə müsahibəsində Şimali Atlantika blokunun rəhbəri deyib.

"Düşünürəm ki, bu, tərəfdaşlarla görüşlər üçün yaxşı platformadır, lakin mən hesab edirəm ki, biz görüşün dəqiq formatı barədə qərar verməliyik", - TASS onun sözlərindən sitat gətirib. 

NATO-nun yay sammitində yeni strateji konsepsiya, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri və hərbi blokun gücləndirilməsi müzakirə olunacaq.

Fransa diplomatı Jan-Mari Quenno NATO-nun Rusiya ilə münasibətlərdə ən böyük səhvini Ukrayna və Gürcüstanı alyansa qəbul etmək vədi adlandırıb. Onun fikrincə, Moskva Sovet İttifaqını bərpa etmək fikrində deyil, amma o, hərbi blokun Şərqə doğru genişlənməsinə imkan verməyəcək.

Alpər