Xəbər lenti

Stoltenberq: NATO şərq sərhədlərində geniş hərbi mövcudluğa hazırlaşır
Dünya14:20 11.04.2022

Stoltenberq: NATO şərq sərhədlərində geniş hərbi mövcudluğa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünya dəyişir, NATO da dəyişir”.
Qaynarinfo Politico.eu saytına istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.
O, hərbi komandanlığın təşkilatın şərq sərhədlərindəki mövcudluğunu işğalın qarşısını almağa qadir qüvvəyə çevirmək planları üzərində işlədiyini bildirib. 
Baş Katib deyib ki, təşkilatın şərq sərhədlərindəki hazırki mövcudluğu NATO-nun özünü Rusiya hücumundan qoruması öhdəliyini simvolizə edən kiçik qüvvədir. Rusiyanın Ukraynaya hücumu ilə bu dəyişəcək.
"Müharibənin necə və nə vaxt bitməsindən asılı olmayaraq, o, bizim təhlükəsizliyimiz üçün uzun vədəli təsirlər yaradıb. NATO yeni reallığa uyğunlaşmalıdır və biz hazırda bu işlə məşğuluq”, - Stoltenberq "Telegraph” qəzetinə müsahibəsində bildirib.
Nurlan Hüseynov