Xəbər lenti

Stoltenberq: NATO Ukraynanı uzun illər dəstəkləməyə hazırlaşır
Dünya07:03 29.04.2022

Stoltenberq: NATO Ukraynanı uzun illər dəstəkləməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO Rusiyaya qarşı müharibəsində Ukraynanı illərlə dəstəkləməyə hazırdır.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib.
Baş katib həmçinin NATO-nun Ukraynaya sovet dövrü silahlarından modern Qərb silahlarına keçməsinə kömək etməyə hazır olduğunu bildirib. 
"Biz uzun dövr üçün hazır olmalıyıq. Bu müharibənin həqiqətən aylarla, hətta illərlə uzanması ehtimalı var”, - deyə Stoltenberq deyib. 
O bildirib ki, Qərb sanksiylar və Kiyevə hərbi, iqtisadi yardımlarla Putinə müharibəni dayandırması üçün maksimum təzyiq göstərməyə davam edəcək.
"NATO tərəfdaşları Ukraynaya uzun müddətli yardıma və sovet dövrü texnikalarından daha modern, NATO standartlı silahlar və sistemlərə keçməsinə kömək etməyə hazırlaşır”, - baş katib deyib. 
Qeyd edək ki, İndiyə qədər NATO üzvləri Ukraynaya onlarda olan sovet dövrü ağır silahlarını göndərirdilər. İndi isə Amerika və digər NATO üzvləri Qərb istehsalı olan ağır texnikaların göndərilməsinə başlayıb. 
Nurlan Hüseynov