Xəbər lenti

Stoltenberqdən Rusiyanı qcıqlandıracaq açıqlama - İsveç və Finlandiya...
Dünya10:52 28.04.2022

Stoltenberqdən Rusiyanı qcıqlandıracaq açıqlama - İsveç və Finlandiya...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət etsələr, tez bir zamanda bloka qoşula bilərlər.
Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.
"Əgər İsveç və Finlandiya müraciət etmək istəsələr, çox xoş qarşılanacaqlar və fikrimcə, bu proses sürətli gedəcək”, - deyə baş katib bildirib.
O, Skandinaviya ökələrinin müraciətləri ilə 30 NATO ölkəsi parlamentinin onların üzvlüyünü təsdiqləməsi arasında orta dövr üçün razılaşmaların tapıla biləcəyinə əmin olduğunu bildirib.
"Əminəm ki, orta dövrü birləşdirmək üçün kifayət qədər həm Finlandiya, həm də İsveç üçün yaxşı, işlək yollar var”, - Stoltenberq deyib. 
Qeyd edək ki, Rusiya bu iki baltik ölkəsinin NATO-ya qoşulacağı təqdirdə Kalininqrada nüvə silahları yerləşdirəcəyini bildirib. 
Nurlan Hüseynov