Xəbər lenti

Stratfor Ukraynanın ümidini tam üzdü
Dünya14:22 18.04.2016

Stratfor Ukraynanın ümidini tam üzdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna tərəfindən Krımın geri qaytarılması ilə bağlı irəli sürülən “Cenevrə+” layihəsi məntiqli olsa da, heç bir uğura səbəb olmayacaq.

Bunu Ukrayna mətbuatına açıqlamasında “Stratfor” şirkətinin Avrasiya və keçmiş SSRİ ölkələri üzrə analitiki Loren Qudriç söyləyib. Onun sözlərinə görə, hazırda nə Rusiya, nə Avropa, nə də ABŞ Krım haqqında düşünürlər:

“Krım çox güman ki, uzun illər Rusiyanın əlində qalacaq. Bu mövzu haqqında Rusiya danışmamağa çalışacaq. Moskva üçün bu, Ukraynaya təzyiq vasitəsi yox, faktiki olaraq milli məsələdir. Ümumiyyətlə, Krımın qaytarılması ilə bağlı danışıqlar heç başlamayacaq. Kreml Krımın anneksiyasından uğurla istifadə etdi və xalqın birləşməsinə şərait yaratdı. Krımın geri qaytarılması üçün gərək bütün Rusiya rejimi məhv olsun. Yəni Moskva gərək heç vaxt olmadığı ölkə kimi olsun. Bu isə uzun vaxt tələb edir”. (axar.az)

Qaynarinfo.az