Dünya 15:15 03.12.2019

“Su-24-ün vurulmasını şəxsən Ərdoğan əmr edib” iddiasına Kremldən cavab

"Biz Ankaranın bu əmri başqalarının verdiyi ilə bağlı rəsmi cavabını əsas hesab edirik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 24 noyabr 2015-ci ildə Rusiyanın Su-24 təyyarəsinin vurulması əmrini guya şəxsən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın verməsi barədə mediada yayılan məlumatlara münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir qədər əvvəl Stokholmda fəaliyyət göstərən Nordic Araşdırma Monitorinq Şəbəkəsi əllərində NATO-nun qapalı brifinqlərindən birinə aid gizli sənəd olduğunu bildirib. İddiaya görə, orada Türkiyə Baş Qərargahının hüquq məsləhətçisi Ərkan Ağın məruzəsində Ərdoğanın "Suriya sərhədindən Türkiyəyə yaxınlaşan və təhlükəsizliyə təhdid yaradan hər bir element hərbi təhlükə olaraq qiymətləndirilməlidir" sözləri yazılıb.

Peskov əlavə edib ki, bu kifayət qədər mənbəsiz məlumatın haradan götürüldüyü və nə dərəcədə etibarlı olduğu bəlli deyil.

Alpər