Myanmada musson yağışları səbəbilə su anbarında yaranan problem səbəbilə 50 min nəfər evakuasiya edilib.
Qaynarinfo xəbər verir ki, Baqo şəhərində kəndlər su altında qalıb, 14 mindən çox ev zərər görüb. Ümumilikdə 63 min nəfər subasmanın təsirinə məruz qalıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir. Təxliyə edilən insanlar 30 sığınacağa yerləşdirilib.
Gülşən