Xəbər lenti

Sualtı vulkan püskürdü, ozon konsentrasiyası ən aşağı səviyyəyə düşdü
Dünya 23:10 05.09.2023

Sualtı vulkan püskürdü, ozon konsentrasiyası ən aşağı səviyyəyə düşdü

Avropa Atmosfer Monitorinq Xidməti Kopernikinin (CAMS) alimləri hesab edirlər ki, 2023-cü ildə Antarktidada ozon dəliyinin qeyri-adi erkən aşkarlanmasına 2022-ci ilin yanvarında Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının güclü püskürməsi səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə Antarktida üzərində ozon konsentrasiyası iyulun əvvəlində son dərəcə aşağı səviyyələrə düşüb. Bu vəziyyət 43 illik müşahidələr zamanı cəmi 12 dəfə qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, keçən il ozon dəliyi sentyabrın birinci ongünlüyündə açılıb.

Alimlərin fikrincə, Hunqa-Tonqa-Hunqa-Haapay vulkanınln püskürməsi atmosferə 45 milyon ton su buxarının buraxılmasına səbəb olub ki, bu da stratosferdə buxarın konsentrasiyasını 10% artırıb və onu xeyli soyudub. Stratosferin temperaturunun azalması ozonun dağılmasına kömək edib.

Məlumatlar 2023-cü ilin avqustunda ozon dəliyinin ölçüsünün 16 milyon kvadrat kilometr olduğunu göstərir. Bu, monitorinqlər tarixində 10-cu nəticədir. Ozon dəliyi sentyabrın sonuna qədər böyüyəcək və ən yaxşı halda proses bu qışın əvvəlinə qədər yubanacaq.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->