Xəbər lenti

Suarez kiçik məbləğə “Yuve”yə keçəcək, əsas qazanc bonuslar olacaq
Dünya11:13 09.09.2020

Suarez kiçik məbləğə “Yuve”yə keçəcək, əsas qazanc bonuslar olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtalyan jurnalist Tancredi Palmeri "Barselona” və "Yuventus”un Luis Suarez üçün transfer haqqı mövzusunda razılığa gəldiklərini bildirib.
Qaynarinfo xəbər verir ki, katalonlar 3 milyon avro sabit ödəniş, 13 milyon avro da bonus alacaqlar.
Bu məbləğin yarısı asanlıqla əldə edilə bilər, çünki "Biankoneri” A Seriyasında qalib gəlsə və Suarez ilə Çempionlar Liqasına yüksəlsə, "Barsa”ya pul ödəməli olacaq.
Qalan ödənişlər "Yuve”nin Çempionlar Liqasındakı uğurundan asılı olacaq. Uruqvaylı hər il sabit 12 milyon avro və 2 milyon avro bonus qazanacaq. Tərəflərin tam razılığına baxmayaraq, keçid bürokratik səbəblərdən təxirə salına bilər. Suarez hələ İtaliya vətəndaşlığını almayıb və dil imtahanından keçməsi gözlənilir.
Alpər